ONN İnformasiya Agentliyi

Azərbaycanlı biznesmenlər Üzeyiri Moskvada döydü? – AÇIQLAMA

Azərbaycanlı biznesmenlər Üzeyiri Moskvada döydü? – AÇIQLAMA
23 Mart 2019 - 12:27

ONN media xəbər verir ki, müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə münasibət bildirib.
 
Müğənni hadisənin qısa mübahisə olduğunu bildirib.
 
O, yeni fotosunu instagramda paylaşaraq yazıb:
 
“Gördüyünüz kimi hər şey qaydasındadır. Qısa məlumat verim:sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Şairlə nə dava-dalaş? Bir şəkil də paylaşdım ki, rahat olasız”. 
 
Qeyd edək ki, Üzeyirin döyülməsi xəbərini Axşam.az saytı yaymışdı. Bildirilirdi ki, müğənni ilə köməkçisi Moskvada yaşayan azərbaycanlı iş adamları tərəfindən döyülüblər. Üzeyir yüngül xəsarətlər alsa da, köməkçisinin vəziyyəti yaxşı olmayıb.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png