ONN İnformasiya Agentliyi

16 aprel Ramiz Mirişlinin doğulduğu gündür

16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
15 Aprel 2019 - 23:34

Unutmayaq, unutdurmayaq!

Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, gözəl pedaqoq, professor  Ramiz Aqil oğlu Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub.

Ramiz Mirişli Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi,  1990-cı ildən isə xalq artisti fəxri adına layiq görülüb.
Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.

R. Mirişli həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. R. Mirişli 20 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub.

Ramiz Aqil oğlu Mirişli -17.04.2015-ci ildə dünyasının dəyişib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png