ONN İnformasiya Agentliyi

20 may Salman Mümtazın doğum günüdür

20 may Salman Mümtazın doğum günüdür
20 May 2019 - 10:30

“Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk-islam dünyasını, ana Turanı görürəm…. “

Unutmayaq, unutdurmayaq!

20 may (1884-1941) şair, ədəbiyyatşünas, mətnşünas, kitabşünas, bibliofil, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Dil və ədəbiyyat institutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri böyük Türançı və 30-cu illərin represiya qurbanı Salman Mümtazın (Əsgərov Salman Məmmədəmin oğlu) doğum günüdür. 

1937-ci ildə «xalq düşməni» adı ilə 29 min ziyalımız güllələndi. O cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları. Eləcə də Salman Mümtaz.

Repressiyanın dəhşətli küləyi bir çox ziyalılarımız kimi, onun da başı üstündə əsməyə başlayır; onu «burjua-millətçi», «pantürkist» kimi əvvəlcə tutduğu vəzifədən uzaqlaşdırır və ev dustağı edirlər. İşdən çıxarılmağına baxmayaraq, Salman bəy nadir əlyazmaları, kitabları toplayıb araşdırmaqda davam edirdi. Və heç şübhəsiz ki, bu onun Azərbaycan ədəbiyyatında ən böyük xidmətlərindən biri idi. Buna bütün ömrünü sərf etmişdi görkəmli yazıçı. O, əldə etdiyi əlyazmaları «Kitabxaneyi-Mümtaziyyə» adlı kitabxanasında yerləşdirdi.

1937-ci il oktyabrın 8-də gecə saatlarında yaşadığı Buynakski, 25 (indiki Şeyx Şamil küçəsi) ünvanında siyasi dustaq kimi həbs edərək barəsində ölüm hökmü çıxardılar. Hökm 1941-ci il dekabrın 21-də həyata keçirildi.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png