ONN İnformasiya Agentliyi

Azərbaycanda 11 ayda nə qədər insan dünyasını dəyişib?

Azərbaycanda 11 ayda nə qədər insan dünyasını dəyişib?
23 Yanvar 2019 - 20:27

Ötən ilin 11 ayı ərzində Azərbaycanda 52 733 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.

ONN media xəbər verir ki, yeni körpələrin sayı isə 127 681 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 olub. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.

Ümumilikdə ölkə əhalisinin sayı ilin əvvəlindən 76 493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-i vəziyyətinə 9 974 578 nəfərə çatıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png