ONN İnformasiya Agentliyi

“Azad qadın” heykəli və ya “əlif zəbəl ə, bey zəbəl bə, tey zəbəl tə …” !

“Azad qadın” heykəli və ya “əlif zəbəl ə, bey zəbəl bə, tey zəbəl tə …” !
23 İyun 2018 - 13:45

Elm bir nur, cəhl zülmətdir. (Şəbüstəri)

Son zamanlar yaşadığımız cəmiyyətdə, bizləri əhatə edən hər istiqamətdə müyyən qəribəliklər baş verir. Bu qəribəliklərdən başlıca olanıda televiziyalarda milli mənəvi dəyərlərə zidd olan, insanların əxlaqına mənfi təsir edən verlilişlərlə tez-tez rastlaşır və bu halların qınanması baxımından da zənnimcə də heç az da yazılmır. Digər bir tərəfdən də cəmiyyətin içində digər bir qrupun insanlar arasında mövhumatın, cahilliyin təbliği ilə məşğul olması və əfsuslar olsun ki, bəzi hallarda da öz mənfur niyyətlərinə nail olmalarıdır.
Qeyd etdiyim bu məsələlər təbii ki təsadüfi (şəxsi fikrim) deyil və düşünürəm ki, məqsədli olaraq cəmiiyyətimizdə məkirli məqsədlərinə nail olmaq üçün planlı işlər görən xain əllərdir.
Ağlıma məşhur heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən ölməz dramaturq Cəfər Cabbarlının milli drammaturgiyamızın möhtəşəm əsərlərindən biri “Sevil” pyesindən ilhamlanaraq hazırlanmış və 1960-cı ildə Bakı şəhərində ucaldılmış “Azad qadın” monumental heykəli yadıma düşdü. Bəlkə də bu heykəl dünyada qadın azadlığına qoyulmuş ilk heykəldi. Bilmirəm. Amma bu dəqiqdir ki, çadradan azad olma Azərbaycan qadınının mövhumatdan, tənqid və sıxıntılardan uzaqlaşdıraraq ölkənin ictimai həyatında yaxından iştirak etməsi, təhsil almaq, işləmək və ümumiyyətlə tarixi kimliyə qayıdışın və azərbaycan qadınının dünya sivilizasiyasının inkişafına töhfələr vermə hüququnu ifadə edir. “Sevil” bununla zamanında cəmiyyətin ictimai-siyasi şüurunda bir inqilab edir. 
Zənnimcə bu əsəri hər bir azərbaycanlı oxumalıdır. Əfsuslar olsun ki, bu günləri kitabdan, elmdən yan keçənlər əlif zəbəl ə, bey zəbəl bə, tey zəbəl tə-yə “ilişir” !
Bu isə faciədir!

Cavid İsmayıl

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png