ONN MEDİA

BDU tələbəsinin ölüm səbəbi AÇIQLANDI

BDU tələbəsinin ölüm səbəbi AÇIQLANDI
10 Fevral 2019 - 0:12

Yanvarın 29-da dünyasını dəyişən 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasına yoluxması təsdiqini tapmayıb.

Bu barədə Virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. “Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”,-P.Abubəkirov qeyd edib.

Xatırladaq ki, qızın anasına istinadən Nərdanənin leptospiroz virusuna yoluxma ehtimalı yazılıb. Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır və insandan insana keçmir.

P.Abubəkirov qeyd edib ki, aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. Belə ki, qızın dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığı olub.

Xatırladaq ki, Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP