ONN İnformasiya Agentliyi

Bakıda sürücüləri çaş-baş salan qəribə yol nişanı

Bakıda sürücüləri çaş-baş salan qəribə yol nişanı
18 Mart 2019 - 18:36

Paytaxtın Bül-bül prospektində yol nişanı sürücüləri çaş-baş salıb.

3 gündür həmin ərazidən istifadə edən sürücülər yol nişanının düzəldilmədiyini qeyd edir.

ONN media xəbər verir ki, Nəqliyyat eksperti Hüseyn Abdullayev Oxu.Az-a açıqlamasında aidiyyəti orqanların bu hallara ciddi nəzarət etməli olduğunu bildirib:

“Əslində, burada sürücüləri çaşdıracaq elə ciddi məqam yoxdur. Lakin bütün hallarda yol nişanları bu vəziyyətdə olmamalıdır.

Böyük ehtimalla nişanın bir hissəsi bərkidildiyi yerdən qopub, aşağı düşüb. Lakin bu, həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir.

Güclü külək onu qopararaq nəqliyyat vasitələrinin, insanların üzərinə ata bilər. Bu isə çox ciddi problemlərə yol aça bilər. Yaxşı olardı ki, bu hal tezliklə aradan qaldırılsın”.

Fotoda gördüyünüz yol nişanlarının ayrı-ayrılıqda mənası:

Dayanma-durma qadağandır 

Baş yol nişanı 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png