ONN İnformasiya Agentliyi

Fransadan Ermənistana DAHA BİR ZƏRBƏ

Fransadan Ermənistana DAHA BİR ZƏRBƏ
12 İyun 2019 - 17:15

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin Fransanın ayrı-ayrı şəhər və qəsəbə bələdiyyələri ilə imzaladığı “dostluq xartiyaları” məhkəmə qərarları ilə ləğv edilir.

ONN media xəbər verir ki, Fransada fəaliyyət göstərən erməni saytı “armenews.com” yazır ki, Qrenobl şəhər inzibati məhkəməsi daha 4 belə “sənəd”in ləğv edilməsi barədə qərar çıxarıb.

Bu, cari ilin mayın 29-da Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qəbul etdiyi birinci qərarın məntiqi davamıdır.

Qeyd edək ki, həmin qərarla Fransanın Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png