ONN MEDİA

Onların varlığı da, qibləgahları da Şeytandır – Cavid İSMAYIL yazır

Onların varlığı da, qibləgahları da Şeytandır –  Cavid İSMAYIL yazır
16 Mart 2019 - 14:43

Cavid İSMAYIL – xüsusi olaraq ONN üçün.

Yeni Zellandiyadaki, terror aktını şiddətlə qınayıram!
Doğrudur, terror – terrordut, terrorçunun milliyəti olmaz. Lakin məqsəd eynidir. Hədəf müsəlmanlar- xüsusən də TÜRKlərdir. Müasir dünyamızda yeni-modern formada müsəlmanlara qarşı səlib yürüşünün başlanması heç də sirr deyil. Doğrudur, bunlara müxtəlif uydurulmuş yeni adlar verilir,lakin məqsəd və hədəf hər birimizə aydındır .

Quş-quşluğu ilə icazəsiz “uça” bilməyən bir ölkədə, “müsəlmanlar” birdən-birə sərnişin təyarələrini ələ keçirib binaları hədəfə aldılar. Elə bil bununla, əvvəlcədən hazırlanmış mütəşəkkil bir yürüşə hüquqi don geyindirərək, qara qüvvələr əvvəlcədən hazırlanmış məkirli planllarının reallaşmasına start düyməsini sıxdılar. Dünya yeni bir oyunun “anti terror” adı altında başlayan məqsədli bir oyunun içinə sürükləndi. Dünyanın o başından başladılar insanların “evinin içinə” müdaxilə etməyə.Və bu ad altında əsl terror qruplaşmalarının xəritələrdə yaradıldığının, “hüquqi” status aldıqlarının şahidi olduq.

30 ildən artıqdır ki, erməni terrorizminin qurbanıyıq. 30 ildən artıqdır ki, insanlarımız öz dogma Vətənində qətlə yetrilib. Uşaq, qadın, qoca demədən min bir müsibətlə, vəhşicəsinə öldürülüblər. Bu gündə bu davam etməkdədir.Lakin dünya kor olub, bunları görmür. Görmək də belə istəmir. Çünki, elə bizlərin qətlimizdə maraqları olan qüvvələr, bu gün, dünyamızı zülmət qaranlığa sürükləyənlərdir. Çünki, yenə də ölən müsəlmandır! Min bir zülümlə qətl edilənlər Türklərdir.

Bü gün Türkiyə yarım əsrə yaxın bir müddətdə terrorizmlə mübarizəni tək başına aparır. Əksinə olaraq həmin okeanın o tayında olan və avropada əl sayılan misterlər terror təşkilətlarını açıq şəkildə dəstəkləyr, onlara silah, sursat verir və yaşam dəhlizi yaradıblar. Bəli, çün ki, bu “xidmətlər” müsəlmana, Türklərə qarşı yönəldilib. Bəli, bunları da dünya görmür, daha doğrusu özünü korluğa qoyub.

Doğu Türkistanda, ÇİN zülmündən əzilən, işgəncə verilən, qətlə yetrilənlərə, Kərkükdə yaşam savaşı verənlərə qarşı zülmü də Dünya görmür. Görmək belə istəmir. Bəli, doğrudur, ona görə ki, terrora məruz qalanlar məhs Türklər və müsəlmanlardır

Əslində bu işdə böyük fitynəyə xidmət edən özünü müsəlman sayanlarında rolu əvəzsizdir.

Bu günlərdə Yeni Zellandiyada, Allahın evi olan məsciddə günahsız insanların qətl edilməsi, terrorçunun silahının üzərində müxtəlif dövrdə müsəlmanlara qarşı terror aktı törədərək qətl edilən terrorçuların adının olması və xüsusəndə erməni dilində “Sarıqamış döyüşü” yazılması, bir daha dünyada məkirli qüvvələrin hədəfinin Türklərin və cəmi müsəlmanların olmasını sübut edir. Təbii ki, bütün bu terror aktlarının arxasında kökündə çox əsirlik erməni və ermənipərəst qüvvələrin durduğu hər birimizə bəllidir

Eyni zamanda, bəşəriyyətin bütün sağlam düçüncəliləri anlamalıdırlar ki, Yeni Zellandiyada, Allahın evi olan məsciddə törədilən terror aktı bird aha sübüt edir ki, zalimlər məkirli məqsədlərinə çatmaq çün durmayacaq. Onların məqsədi, eyni zamanda dinlər arası münaqışə salmaqdır. O, fitnəkarların əslində dini yox, Allahı ola bilməz. Onların varlığı da, qibləgahları da Şeytandır. Düşünürəm bü məkirli qüvvələrə qarşı, dinindən, milliyətindən asılı olmayaqraq bütün sağlam düşüncəli bəşər övladları mübarizəyə qalxmalıdır. Yoxsa, bir qaranlıq gecənin ardından günəş deyil zülmət qaranlıq dünyanı bürüyəcək. Nadanlar idarə edəcəyi bu zülmət qaraqnlığın içində isə, bütün bəşəriyyət məhf olacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP