ONN İnformasiya Agentliyi

Səhiyyə Nazirliyi: “Tələbə qız leptospiroz infeksiyasından ölməyib”

Səhiyyə Nazirliyi: “Tələbə qız leptospiroz infeksiyasından ölməyib”
08 Fevral 2019 - 14:19

“Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təstiqini tapmayıb”.

ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb: “Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb”,-nazirlik bəyan edib. Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png