ONN İnformasiya Agentliyi

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabah Azərbaycanda yay fəsli başlayacaq
20 İyun 2019 - 9:12

Sabah Azərbaycanda yay fəsli başlayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov ONN media-ya bildirib ki, ölkəmizə yay fəsli iyunun 21-i saat 19:54-də daxil olacaq.

Sabah yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq. Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.

Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png