Toylarda şimpanze əti verilir- Şok iddia

Bəzi elit toylarda Qərbi Afrikadan gətirilən şimpanze ətindən istifadə olunur. Elm adamları isə bu ətdən istifadə səbəbindən yeni epidemiyanın yarana biləcəyi barədə xəbərdarlıq edib.

ONN media xəbər verir ki, İngiltərədə bəzi zənginlərin toyunda şimpanze ətindən istifadə edildiyi iddiası ilə “Daily Telegraph” qəzeti çıxış edib.

Qəzet bildirir ki, şimpanze əti Qərbi Afrikadan qaçaq yollarla ölkəyə gətirilərək, satılır.

Elm adamları isə bu ətlərin gömrük məntəqələrində DNT testinə məruz qalmasını vacib sayır.

Şərqi İngiltərə Universitetinin mütəxəssisi Ben Garrod isə bir neçə həftə əvvəl Qərbi Afrikadan ABŞ-a gedən təyyarədə çoxlu miqdarda şimpanze əti ələ keçirildiyini bildirib.

Meymun ətinin mal-qara və donuz ətindən 5 dəfə baha olduğu da qeyd edilir.

Hələ 1960-cı illərdə şimpanzelərlə bağlı araşdırma aparan doktor Ceyn Quddol isə hesab edir ki, şimpanze ətindən böyük bir epidemiya başlaya bilər. Mütəxəssis hesab edir ki, bu heyvanlar insana daha çox bənzər olduğundan onlardan insanlara müxtəlif növ viruslar keçə bilər.