ONN İnformasiya Agentliyi

Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi

Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
13 Noyabr 2018 - 14:51

Tədbirdə çıxış edən TAM-ın sədr müavini, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı sərəncamdan söz açıb, bununla bağlı İctimai Birliyin reallaşdırdığı layihələrdən danışıb. Bildirilib ki, “Tarixini unutma!” layihəsi də onlardan biridir.

Cavid İsmayıl 200 ildən artıq bir dövrdə ermənilər vasitəsilə Azərbaycan xalqına qarşı zaman–zaman həyata keçirilən soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı bəhs edib.

Ümummilli lider Heydər Əliyevin “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir” sözlərini xatırladan TAM-ın sədr müavini hər bir azərbaycanlının öz tarixini dərindən bilməli olduğunu deyib.

TAM-ın idarə heyyətinin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev geniş məruzə ilə çıxış edərək, erməni terrorizminin tarixi, zaman-zaman ermənilərin Azərbaycanlılara qarşı etdikləri terror aktları, Qafqaz İslam ordusu və s. haqqında iştirakçıların nəzərinə çatdırdı.

TAM-ın idarə heyyətinin üzvü, “Olaylar” İnformasiya Agentliyinin təsisçisi və baş direktoru, tarixi romanların müəllifi, tanınmış yazıçı-publisist Yunus Oğuz isə bildirib ki, Azərbaycan Cümhuriyyəti dünyada qurulan ilk cümhuriyyətlərdən biri olub. “Cümhuriyyətin qurulması bizə milli kimliyimizi qaytardı. Həmin dövrdə Azərbaycan ordusu, polisi, iqtisadiyyatı yarandı. İnsanlar azad şəkildə sözlərini deyə bilirdilər. Həmçinin ilk müstəqil mətbuat yarandı. Cümhuriyyətin ömrü qısa olsa da, müstəqil Azərbaycan Respublikası onun varisidir”, – deyə Y.Oğuz qeyd edib.

Sosioloq, professor Əhməd Qəşəmoğlu təcavuzkar ermənilərin daim fürsət tapdıqca, Azərbaycana qarşı torpaq iddialarından, zaman-zaman azərbaycanlılara qarşı soyqırım hallarından geniş danışıb. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaqları, əzəli azərbaycan torpaqlarında mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqlarının bir əsrdən cox olan bir müddətdə müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalması barədə geniş məlumat verdi.

Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyindən ikinci katib Tuba Uzər Türk dünyası tarixini gənclərə aşılanmasında bu tədbirin böyük əhəmiyyəti olduğunu bildirdi.

İştirakçılara “Turan Araşdırma Mərkəzi” İB-i Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə xüsusi hazırlanan  film nümayiş etdirildi.

Tədbir iştirakçılarına xüsusi hazırlanmış bukletlər və təqdim edilmiş film   elektron daşıyıcılarda  paylanıldı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji  Universitetində tədbir keçirdi
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png