ONN İnformasiya Agentliyi

Xalqın sevimlisi Səməndər Rzaev

Xalqın sevimlisi Səməndər Rzaev
02 Yanvar 2019 - 11:52

2 yanvar  (1945-1986) – Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist, milyonların sevimlisi Rzaev Səməndər Mənsim oğlunun doğulduğu gündür.

Səməndər Rzaev 1945-ci ildə anadan olub, 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.
 Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Hətəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəlişah”, M.F.Axundzadə), Vaqif (“Vaqif”, S.Vurğun), Valentin, Fazil Küleyni (“İnsan”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Balaxan (“Aydın”, C.Cabbarlı), Əmir İnanc (“Qılınc və qələm”, M.Ordubadi), SezarRupf (“Böyük Romul”, F.Dürrenmatt), Bessemenov (“Meşşanlar”, M.Qorki), Qulamov (“Müdriklər”, A.Ostrovski), Kapitan (“Küləklər”, S.Rəhman), Doqberi, Kaliban (“Heç nədən hay-küy”, “Fırtına”, U.Şekspir), Qənimət, Muradov, Vahid (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, İ.Əfəndiyev), İkinci Reşad, Əmir (“İkinci səs”, “Fəryad”, B.Vahabzadə), Mazar bəy (“Közərən ocaqlar”, M.İbrahimov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Bəhram, Xudayar bəy, Eldar (“Şəhərin yay günləri”, “Sizi deyi b gəlmişəm”, “Sən yanmasan…”, N.Xəzri), Beryozin (“Daşqın”, A.Safronov) kimi rollarda çıxış edib.
S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə çəkilib.
27 mart 1986-cə ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png