ONN İnformasiya Agentliyi

Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk
18 Yanvar 2019 - 9:54

Xəlil Rza Ulutürk 1932-ci il 21 oktyabr Salyanın Pirəbbə kəndində anadan olmusdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində işıq üzü görmüşdür. 

Xəlil Rza 1950-ci illərdə “Xəlil Xəlilov” imzası ilə xeyli sayda Sovet dövrünü tərənnüm edən poemalar yazıb. 1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət Mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 

Xəlil Rza Ulutürkün “Bahar gəlir”, “Sevən gözlər”, “Mənim günəşim”, “Məhəbbət dastanı”, “Doğmalıq”, “Taparam səni” və s əsərləri dillər əzbəri olmuşdur.

Xəlil Rza Ulutürk 1994-cü ildə iyunun 22-də Bakıda vəfat edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png