ONN İnformasiya Agentliyi

3 ayda 500 azərbaycanlı qonşu ölkəyə buraxılmadı

3 ayda 500 azərbaycanlı qonşu ölkəyə buraxılmadı
22 Aprel 2019 - 15:30

Bu ilin yanvar-mart aylarında 493 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.

ONN media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Yanvar ayında qonşu ölkəyə 124, fevral ayında 141, mart ayında isə 228 Azərbaycan vətəndaşının daxil olmasına icazə verilməyib.

Azərbaycan Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların sayına görə üçüncü yeri tutub.

Hesabat dövründə Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların ümumi sayı 6400-ə yaxın olub. Onların arasında birinci yeri İran (3000 nəfərə yaxın), ikinci yeri isə Hindistan vətəndaşları (1 200 nəfərə yaxın) tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png