ONN MEDİA

Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi

Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi
11 İyun 2019 - 17:00

“Jurnalist Fuad Abbasovun Rusiyadan baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla hər gün əlaqə saxlayırlar”.

Bu barədə ONN media -ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 11-də səfirliyin əməkdaşları F.Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb: “Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək.

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP