ONN MEDİA

Azərbaycan İranda 4 terminal inşa edəcək

Azərbaycan İranda 4 terminal inşa edəcək
23 Aprel 2019 - 10:41

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC İranın Astara şəhərində 4 terminal inşa edəcək.
 
ONN media xəbər verir ki, bunu QSC-nin tariflərin nizamlanması şöbəsinin rəhbəri Elxan Əsədov SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
 
Onun sözlərinə görə, bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaq.

ADY-nin fəaliyyəti barədə danışan E.Əsədov qeyd edib ki, hazırda dəmir yollarının təmiri və parkın modernləşdirilməsi üzrə işlər aparılır. Azərbaycanın satın aldığı 50 lokomotivdən 7-si ölkəyə gətirilib.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP