ONN İnformasiya Agentliyi

Azərbaycanlı alimdən Tokayevə məktub – Sensasion məqamlar

Azərbaycanlı alimdən Tokayevə məktub – Sensasion məqamlar
12 İyun 2019 - 18:23

Rusiyada yaşayan azərbaycanlı alim Kamran Rüstəmov “Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur” deyən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, azərbaycanlı professor Qasım-Jomart Tokayevə ünvanlandığı məktubda tarixə qısa ekskurs edib:

“Dil yaxınlığı” barədə

1. Qazax dili – qazaxların, türk dillərindən biri, Qazaxıstanın dövlət dilidir. Daha yaxın dillər – qaraqalpaq, noqay və qaraqaş dilləri ilə birlikdə qıpçaq dil qrupunun qıpçaq-noqay alt qrupunu təşkil edir.

Qızıl Orda dövlətinin dağılması dövründə müasir Qazaxıstan ərazisində qohum türk və monqol tayfalarının dili kimi formalaşmışdır. XVII əsrin ortalarında qıpçaq-noqay alt qrupuna daxil olan digər dillərdən ayrılıb.

2. Erməni dili – ermənilərin hind-Avropa dil ailəsinə aid dilidir.

Erməni dilinin ən çox yunan dili ilə yaxın olması barədə fikirlər var.

Belə olan halda burada dil ümumiliyini necə görmək olar?

“Tarixi yaxınlıq” barədə

Uzun müddət Qazaxıstanda Qarabağ ermənisi Levon Mirzoyanın milyonlarla qazaxın öldüyü Qoloşekin kollektivləşdirməsindən sonra az qala qazax xalqının xilaskarı olduğunu hesab edirdilər.

Yenidən faktlara qayıdaq, cənab Tokayev:

Mirzoyan dünyagörüşü çar rejimində formalaşmış bir adam idi. O vaxtlar qazaxları Rusiya imperiyasının nüfuzunu aşağı salan məşhur “başağrısı” hesab edirdilər. Nümunə kimi qazaxların 1916-cı il qiyamını göstərmək olar. Birinci dünya müharibəsi zamanı bu hadisə kürəyə vurulan zərbə hesab edilirdi. Buna görə də özünü sığortalamaq və qazaxların böyük hissəsini məhv etmək qərara alındı. Stalin bu işi müsəlmanları, xüsusən də at əti yeyənləri heç sevməyən Turuxanskdan tanıdığı dostu Qoloşekinə həvalə etdi. Çünki iudaizmdə at əti “murdar yemək” hesab olunurdu. 30-cu illərin əvvəllərində Qazaxıstanda süni şəkildə Böyük Aclıq yaradıldı.

1933-cü ilin əvvəlində Qoloşekin faşist sektantları ilə əlaqədə şübhəli bilindi və Moskvaya geri çağırıldı. Onu yalnız digər bir cəllad – daşnak Levon əvəz edə bilərdi.

Məşhur qazax tarixçisi Daniyar Qasımov bu barədə yazırdı: “Mirzoyana çörək vermə – amma qoy türkləri öldürsün. O, Almatıya 1933-cü ildə gəlib. Qoloşekin artıq getmişdi, ancaq insanlar hələ də aclıqdan ölməyə davam edirdilər. Mirzoyanın əsas cinayəti də bundadır! Onun üçün qazaxlar da nə vaxtsa azərbaycanlıların olduğu kimi sadəcə “öldürülməli olan lənətə gəlmiş türklər idi”.

Fəaliyyətinin ilk aylarında o sadəcə Moskvaya şikayət edirdi ki, onun işçiləri kerosin lampaları ilə çalışır, burada kifayət qədər mehmanxana yoxdur. Bununla belə o əsas problemləri görmürdü: küçələr aclıqdan ölmüş insan cəsədləri ilə dolu idi.

Mirzoyan NKVD zirzəmilərinə 22 mindən çox insan – qazax xalqının demək olar ki, bütün işığını göndərdi. Onun Stalindən qazax xalqının ziyalılarını gülləmək üçün əlavə limit istəməsi ilə bağlı faktlar var. Burada söhbət minlərlə günahsız insandan gedir!

Bu həqiqəti bütün dünya bildi. Bir neçə il qabaq Astanada L.Mirzoyanın adını daşıyan küçənin adı dəyişdirildi. Hazırda həmin küçə dahi qazax alimi Kanış Satpayevin adını daşıyır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png