ONN İnformasiya Agentliyi

Azərbaycanda uşağın cinsiyyətini öyrənmək istəyənlərə ÜZÜCÜ XƏBƏR – VİDEO

Azərbaycanda uşağın cinsiyyətini öyrənmək istəyənlərə ÜZÜCÜ XƏBƏR – VİDEO
19 Yanvar 2019 - 22:35

Azərbaycanda uşağın cinsiyyətini əvvəlcədən öyrənmək qadağan ediləcək.

ONN media ARB TV-yə istinadən xəbər verir ki, “Sağlamlıq Haqqında Qanun” layihəsi Milli Məclisin 2019-cu ilin yaz sesiyasında müzakirəyə qoyulacaq.

Bu barədə parlamentin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Millət vəkili bildirib ki, qanun lahiyəsi hazırdır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Sosioloqlar deyir ki, selektik abortlar problemi dünyanın bütün ölkələrində müzakirə mövzusuna çevrilib. Sadəcə bu məsələyə hüquqi yanaşma ilə bərabər ictimai qınaq da olmalıdır.

Qeyd edək ki, uşağın cinsiyyətinin əvvəlcədən müəyyənləşdirilməsi bir çox inkişaf etmiş ölkələrdə də qanunla qadağan edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png