ONN İnformasiya Agentliyi

BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul olundu

BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul olundu
20 İyun 2019 - 10:29

Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı məzunları magistraturaya qəbul olublar.

ONN media xəbər verir ki, universitetin Kimya fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Nigar Veysəlova və Beynəlxalq münasibətlər fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Turanə Tağıyeva magistraturaya keçirilən qəbul imtahanında uğurlu nəticə əldə ediblər.

N.Veysəlova magistr təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə davam etdirəcək.

T.Tağıyeva isə magistr təhsilini dövlət sifarişi əsasında 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.

Qeyd edək ki, hər iki magistrant 4 yaşında birinci sinfə, 14 yaşında isə BDU-ya qəbul olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png