ONN İnformasiya Agentliyi

Bu ölkəyə getmək istəyənlərin NƏZƏRİNƏ: Viza sadələşdirilir

Bu ölkəyə getmək istəyənlərin NƏZƏRİNƏ:  Viza sadələşdirilir
19 İyun 2019 - 20:48

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib.

ONN media xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.

Səfir bildirib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.

T.Katori əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedənlərin, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün vizanın sadələşdirilməsi istiqamətində işlər aparılır.

Diplomat əlavə edib ki, Yaponiyada yeni imperatorun taxta çıxması ilə bağlı oktyabr ayında keçiriləcək rəsmi ziyafətə Azərbaycandan da nümayəndə heyəti dəvət olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png