ONN İnformasiya Agentliyi

Dənizdə meyiti tapılan şəxs kimin oğludur?

Dənizdə meyiti tapılan şəxs kimin oğludur?
16 İyul 2019 - 14:22

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

FHN-dən ONN media-ya verilən məlumata görə, İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Unikal.org saytı İ.Rəsulzadənin Müsavat Partiyasının üzvü Laləzar Məmmədlinin oğlu olduğunu yazıb.Publika.az isə bildirib ki, İ.Rəsulzadə şirkətlərdən birində səs operatoru kimi çalışırmış.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png