ONN MEDİA

DİN Naz Milanın tapılması üçün göstəriş verdi – SƏBƏBİ İSƏ…

DİN Naz Milanın tapılması üçün göstəriş verdi – SƏBƏBİ İSƏ…
08 Fevral 2019 - 18:39

Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb.

Sözügedən kliplə bağlı gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Hətta Naz Milanın tapılması üçün tədbirlər görülüb.

Qeyd edək ki, daha öncə nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələnin diqqətə götürülüb araşdırılacağını bildirmişdi.

Bu gün sayta açıqlama verən Ehsan Zahidov məsələ ilə bağlı bunları bildiridi: “Biz Nazın kimliyini araşdırdıq. O, Azərbaycan vətəndaşı deyil, Türkiyə vətəndaşıdır. Həmin klip də Türkiyədə çəkilib”.

“Nazın polis uniformasını təhqir etməsi ilə əlaqədar ölçü götürüləcəkmi” sualına cavabında isə Ehsan Zahidov məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini bildirdi.

Qeyd edək ki, Naz Milanın söz və musiqisi Ceyhuna məxsus “No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.

Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib.

Teleqraf.com

ONN informasiya agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP