ONN MEDİA

Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır- Rəfael Mehralıyev kimdir?

Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır- Rəfael Mehralıyev kimdir?
16 May 2019 - 15:05

Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin səlahiyyətləri əlindən alındı; onu MTN işinə görə həbsdə yatan Vidadi Zeynalovla birləşdirən məqamlar var 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyevin səlahiyyətlərini əlindən alıb. E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.

E.Əzizovun bu qərarı verməsinə səbəb departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən təmiri zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır. Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.

Musavat.com bildirir ki, Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi bu yaxınlarda həbsdən buraxılan Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ciddi dəstəyi ilə olub. R.Mehrəliyev dəfələrlə V.Zeynalovla qohumluğunu inkar etməyə çalışıb. Bildirilir ki, BŞİH-də departament rəisinin qardaşı, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev V.Zeynalovun yeznəsidir.musavat.com


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP