ONN İnformasiya Agentliyi

Gəncə ‘İmamzadə’ dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb

Gəncə ‘İmamzadə’ dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb
16 Fevral 2019 - 18:35

Gəncə ‘İmamzadə’ dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb

Gəncə İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə dindarlar üçün ehsan süfrəsi açılıb.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov bildirib ki, ehsan süfrəsində qərb bölgəsində yaşayan dindarlar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, yurd-yuvalarından didərgin düşən məcburi köçkün və aztəminatlı ailələr iştirak edib. Hacı Tahir həmçinin Gəncə Uşaq Evinin sakinləri üçün də ehsan payı göndərildiyini qeyd edib.

Minə yaxın insanın iştirak etdiyi ehsanda öncə imamlarımızın ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Gəncə ‘İmamzadə’ dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb
Gəncə ‘İmamzadə’ dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb
Gəncə ‘İmamzadə’ dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png