ONN İnformasiya Agentliyi

Güclü külək Bakı-Sumqayıt qatarında problemlər yaradıb

Güclü külək Bakı-Sumqayıt qatarında problemlər yaradıb
18 Yanvar 2019 - 9:20

ONN media xəbər verir ki, bu gün səhər saatlarından Bakı-Sumqayıt sürət qatarının fəaliyyətində yenə də problemlər yaranıb. 

Hadisə şahidlərinin verdikləri məlumata görə, qatar 10-15 dəqiqə gecikib.

Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirdi ki, hava şəraiti ilə əlaqədar qatarların qrafikində gecikmələr olur.

“Sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün qatarların sürət həddi aşağı endirilib. Bu ötən gün axşamdan başlayaraq davam edir. Hava düzələnə qədər bu davam edəcək”, – deyə Sevinc Qədirova bildirib.

Qurum rəsmisi vurğulayıb ki, sərnişinlərin təhlükəsizliyi tam təmin olunub. (Baku.ws)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png