ONN İnformasiya Agentliyi

İlin ilk Ay tutulması olub

İlin ilk Ay tutulması olub
21 Yanvar 2019 - 9:15

Bu ilin ilk Ay tutulması başlayıb.

ONN media xəbər verir ki, tam tutulmanın başlaması Bakı vaxtı ilə saat 07:34-də təsadüf edib.

Tam tutulma prosesi saat 08.41-də, maksimuma çatması saat 09.12-də, tutulmanın sonu isə saat 10.51-də qeydə alınacaq. Tam tutulma prosesi ümumilikdə 1 saat 2 dəqiqə çəkəcək.

Ay tam tutulsa da, Azərbaycan ərazisində prosesi müşahidə etmək mümkün olmayacaq. Təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək olar.

Qeyd edək ki, növbəti və qismən Ay tutulması iyulun 17-də baş verəcək. Bu tutulma hadisəsi də Azərbaycanda müşahidə edilməyəcək. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png