ONN İnformasiya Agentliyi

“Keşikçidağ” Azərbaycanındır!- Parlamentdə MÜZAKİRƏ

“Keşikçidağ” Azərbaycanındır!- Parlamentdə MÜZAKİRƏ
17 May 2019 - 16:14

ONN media xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən plenar iclasında Gürcüstan-Azərbaycan sərhəddində yerləşən “Keşikçidağ”la bağlı məsələ qaldırılıb.
 
Deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu daim davam etməlidir. O, vurğulayıb ki, ölkələrimizin dostluğu tarixi ənənəyə söykənir: 
“Bu, bizim üçün də önəmli məsələdir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində gürcülərə imkan verdik, bir sıra gürcü xalqının nümayəndələri “pasxa” bayramını keçirirlər. Onlar isə “Keşikçidağ”da aksiya keçirərək Azərbaycanın dövlət müstəqlliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Biz gürcü siyasi xadimlərinə izah etməliyik ki, bu nə məsələdir. Həmin abidə VI əsrdə tikilib, alban abidəsidir. XI, XII əsrdə qurucu Davidin və Tamaranın dövründə gürcü provaslav dininə aid olub, bu gün də gürcü ortodoksal kilsəsinə aiddir. Olsun, amma bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora bizim torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir. Biz tarixən torpaqlarımızı Rusiyanın istəyi ilə Gürcüstana və Ermənistana paylamışıq, indi də “Keşikçidağ”da güzəştə getməməliyik”. 
Deputat Fərəc Quliyev gərginliyin aradan qaldırılmasın vacibliyini vurğulayıb. Bəyan edib ki, “Keşikçidağ” Azərbaycan ərazisidir. 
Deputat Qənirə Paşayeva isə qeyd edib ki, həmin abidə “Keşikçidağ” adlandırılmalıdır. Çünki Azərbaycana məxsusdur: “Tarixi abidələr bizim üçün çox həssasdır. İnanırıq ki, bu məsələ Azərbaycanın maraqları çərçivəsində həll ediləcək”. 
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png