ONN MEDİA

Miqrasiya sahəsində hansı yeniliklər baş verib?

Miqrasiya sahəsində hansı yeniliklər baş verib?
11 Yanvar 2019 - 16:36

“Ölkə Prezidentinin 14 iyul tarixli imzaladığı sərəncamla Miqrasiya Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə çox əhəmiyyətli dəyişikliklər qüvvəyə minib”.

ONN media Olaylar-a istinadla xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O, bildirib ki, bu dəyişikliklər bir çox istiqamətdə öz təsirini göstərib. “Bu dəyişikliklərin üç əsas istiqaməti var. Birincisi, olduğu yerdə qeydiyyatla bağlı dəyişiklik idi. Əvvəlki qanunvericilikdə əcnəbilər 10 gün ölkə ərazisində olduqdan sonra qeydiyyata düşməli idilər. Yeni qanunvericiliyə əsasən bu müddət 15 günə artırılıb. İkinci vacib məqam budur ki, əvvəlki qanunvericilikdə olan müddəa turizmin təşviqi baxımından sərt bir müddəa idi. Əcnəbi vətəndaş 3 il ərzində iki dəfə miqrasiya ilə bağlı qanunvericiliyin tələblərini pozardısa, onun ölkəyə girişinə məhdudiyyət tətbiq edilirdi. Yeni qanunvericiliyə əsasən bu müddəaya dəyişiklik edilib. Üçüncü məsələ isə əcnəbilərin hər hansı bir cərimələri və məsuliyyəti olduqda onlara seçim imkanı verilir ki, onların bu cərimələri ölkəni tərk etdikdən sonra da ödəmək imkanları olsun. Bu tədbirlərin nəticəsidir ki, inzibati qaydada kənara çıxarılan, girişi məhdudlaşdırılan şəxslər və ya deportasiya dediyimiz halların sayında kəskin azalma müşahidə olunub”.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP