Mübariz Qurbanlı: “Yeni qaydalar bu qəbirstanlıqlara şamil olunmayacaq”

“Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbirstanlıqlara şamil olunacaq. Çünki qanunun geriyə qüvvəsi yoxdur”.

ONN media “Report”-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, yeni salınan qəbirstanlıqlarda, o cümlədən bundan sonra məzarlıqlardakı dəfn mərasimlərində yeni qaydalar mütləq tədbiq olunacaq.