Regionun gözü Moskvada olacaq: Azərbaycan və Ermənistan..

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində erməni həmkarı Zohrab Mnatsakanyanla görüşəcək.

ONN media xəbər verir ki, Nazirlər bu gün Rusiyanın paytaxtı Moskvada bir araya gələcək.

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində iştirak edəcəyi də gözlənilir.