ONN İnformasiya Agentliyi

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı
18 Yanvar 2019 - 17:32

Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat aşağı salınmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png