ONN İnformasiya Agentliyi

Tibb məntəqəsi, kitabxana… – BAKIDA İLK

Tibb məntəqəsi, kitabxana… – BAKIDA İLK
22 Yanvar 2019 - 18:57

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi bu ilin ikinci yarısında istifadəyə veriləcək.

ONN media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, yeni mübadilə mərkəzi Bakıda ilk olacaq: “Bu mərkəzdə tibb məntəqəsi, kitabxana, ana-uşaq otağı yaradılacaq.

Bundan başqa, burada sürücülərin tibbi müayinəsi, sürücülərin istirahət yerləri də yaradılacaq. Növbəni təhvil verən sürücü tibbi müayinədən keçiriləcək və növbəti iş saatlarına qədər istirahət edəcək. Bu mərkəz tam bir nümunə olacaq. Bu ilin ikinci yarısı mərkəz istifadəyə veriləcək”.(Trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png