ONN İnformasiya Agentliyi

Türkməneli lideri 20 yanvar şəhidlərini andı- VİDEO

Türkməneli lideri 20 yanvar şəhidlərini andı- VİDEO
20 Yanvar 2019 - 12:03

ONN media Türkməneli Cəbhəsindən aldığı məlumata əsasən bildirir ki, Türkməneli lideri İraq Türkmən cəbhəsinin rəhbəri Erşat Salihi 20 yanvar 1990-cı ildə sovet imperiya ordusunun Türk millətinə qarşı Bakıda törətdiyi soyqrımla bağlı Can Azərbaycan deyərək müraciət etdi.

Erşat Salihi müraciətinə “Dəyərli qardaşlarım, Kərkükdən Bakıya salam” sözləri ilə başlayaraq demişdi” ….Dəyərli Azərbaycanlı qardaşlarımız Bakıda 20 Yanvar şəhidləri üçün böyük yürüş həyata keçirəcək və bizdə ürəyimizdə qardaşlarımızın acısını paylaşırıq. Türklər var olduqlarından bəri Vətən, millət demiş və Vətən, millət uğrunda qanlarının son damlasına qədər mübarizə aparmışdır. Tökdüyü qan ilə suladığı torpağı Vətən bilmiş və o torpağı əsla tərk etməyən yeganə millət Türklərdir”.

ONN media müraciətin tam mətni ilə tanış olmaq üçün çıxışın videosunu sizlərə təqdim edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png