ONN İnformasiya Agentliyi

Vasif Talıbov 7 nəfəri əfv edib

Vasif Talıbov 7 nəfəri əfv edib
19 Mart 2019 - 17:33
Özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən bir qrup məhkum Novruz bayramı ərəfəsində əfv olunub.

ONN media xəbər verir ki, məhkəmə qaydasında 4 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 3 məhkumun isə cəzası yüngülləşdirilib. Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan MR-da insan hüquq və azadlıqları, o cümlədən məhkumların hüquqları hərtərəfli şəkildə qorunur. Məhkumların yaşayış şəraiti, onlara verilən imtiyazların genişləndirilməsi, ərzaq təminatı və geyim ləvazimatları ilə təmin olunması daim dövlətimizin diqqət mərkəzində olub. Belə ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün müxtəlif peşə kursları açılıb, həmin kursları bitirən məhkumlara sertifikatlar verilib ki, bu da onların cəzadan azad olunandan sonra da müvafiq işlə təmin olunmalarına köməklik göstərir.

Bu illər ərzində dövlətimizin humanist addımları nəticəsində minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png