ONN İnformasiya Agentliyi

“Yayılan xəbər yanlışdır”- İnstitut

“Yayılan xəbər yanlışdır”- İnstitut
16 Fevral 2019 - 13:44

Şamaxının Xınışlı kəndində palçıq vulkanının püskürməsi barədə yayılan məlumatlar düzgün deyil.
 
ONN media xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, həmin kənd və onun yaxınlığında vulkan yoxdur:
 
“Bu axıntı da vulkan püskürməsi nəticəsində baş verməyib. Adətən, zəlzələdən sonra yerdə çatlar yarandıqda orada yaranmış gil kütləsi üzə çıxır və axıntı yaranır”.
 
Qeyd edək ki, Xınıslı kənd sakinləri ərazidə palçıq vulkanın püskürdüyü və palçıq lavasının yaxınlıqdakı taxıl sahəsinə axması barədə məlumat veriblər. Trend
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png