ONN MEDİA

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza nəvaxt aktivləşəcək?

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza nəvaxt aktivləşəcək?
11 Fevral 2019 - 16:45

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi yaxın zamanlarda başlayacaq.
 
ONN media xəbər verir ki, bunu jurnalistlərə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
 
Nazir müavini bildirib ki, bu proses müəyyən prosedurların keçirilməsini tələb edir və hazırda bunun üzərində iş gedir:
 
“Bu gün yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Hazırda söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir”.
 
Sertifikatın qiymətinə gəldikdə isə, E.Vəlizadə bildirib ki, qiymət hələlik müəyyən edilməyib.

ONN informasiya agentliyi

image_print Çap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP