ONN İnformasiya Agentliyi

Zakir Həsənov hospitalda

Zakir Həsənov hospitalda
20 Mart 2019 - 17:37

Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb.

Bayram münasibətilə hərbi qulluqçuları təbrik edən müdafiə naziri onlara sovqatlar təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Tibb heyəti ilə görüşən nazir hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.

Görüşün sonunda müdafiə nazirinin əmri ilə hospitalın rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png