ONN İnformasiya Agentliyi

Asan yolla qazanc əldə etmək istəyən şəxs ifşa olundu

Asan yolla qazanc əldə etmək istəyən şəxs ifşa olundu
26 Oktyabr 2018 - 17:53

DİN Mətbuat Xidmətinin Quba rayonundakı Regional qrupundan ONN media -ya verilən məlumata görə, oktyabrın 22-də Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki yerləşən ərzaq mağazalarının birində aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə yenidən qablaşdırıb satmaqla istehlakçıların hüquqlarını pozmaqda şübhəli bilinən şəhər sakini Radik Məhsimov saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, adıçəkilən şəxs sahibi olduğu anbarda bu işi təkbaşına görməyib, kisələrin təkrarən doldurulmasını obyektində fəhlə kimi işləyən Asim Əmirova tapşırıb.

Hal şahidlərinin iştirakı ilə R.Məhsimova məxsus anbara keçirilən baxış zamanı oradan satış üçün nəzərdə tutulmuş, “əla növ” adıyla qablaşdırılmış 13 kisə un, xeyli sadla boş kisələr və tikiş üçün istifadə olunan avadanlıq aşkar edilib. Bundan əlavə, R.Məhsimova məxsus yük avtomobilinə baxış zamanı ərzaq mağazasına aparılacaq un məmulatları arasında haqqında bəhs olunan 5 kisə “əla növ un aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Qrupunda araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Asan yolla qazanc əldə etmək istəyən şəxs ifşa olundu
Asan yolla qazanc əldə etmək istəyən şəxs ifşa olundu
Asan yolla qazanc əldə etmək istəyən şəxs ifşa olundu
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png