ONN İnformasiya Agentliyi

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı  AÇIQLANDI
01 Aprel 2019 - 11:31

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 300-dən artıq insan müraciət edib.

ONN media xəbər verir ki, bu barədə özəl olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png