ONN İnformasiya Agentliyi

Daha bir yarışda təmsilçilərimiz uğur qazandı

Daha bir yarışda təmsilçilərimiz uğur qazandı
24 Noyabr 2018 - 13:23

Noyabrın 13-dən 19-dək Rusiyanın Medin şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib. 58 ölkədən 350-dək idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

DİN -dən ONN media -ya verilən məlumata görə, ölkəmizin yığma komandasının tərkibində təmsil olunan DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis serjantları Orxan Şükürov və Asif Səlimli inamlı mübarizə aparıblar.

Yarış təəssüratlarını bizimlə bölüşən O.Şükürov bildirdi ki, dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, bu sahəyə həvəs göstərən gənclərin sayı ildən-ilə artır: “Bu yarışda mən üniversal döyüşün layt versiyası üzrə çəkisi 75 kiloqramadək olan idmançıların sırasında mübarizə apardım. Finaladək keçirdiyim bütün görüşləri qələbə ilə başa vurub gümüş medal qazanmışam.

Həm xidmət həm də komanda yoldaşım Asif Səlimli isə klassik versiya üzrə keçirilən yarışlara qatılıb. Çəkisi 90 kiloqramadək olan idmançılar arasında inamlı mübarizə apararaq gümüş medala sahib olub.

Bizə yaradılan şəraitdən, əməyimizə verilən qiymətdən ruhlanaraq bildirirəm ki, gələcəkdə də bu uğurları davam etdirəcəyik.”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png