ONN İnformasiya Agentliyi

Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər

Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər
14 Noyabr 2018 - 14:35

Noyabrın 8-dən 10-dək Polşanın Polsk şəhərində əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib. Qitənin 28 ölkəsindən 400-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

DİN -dən ONN media -ya verilən məlumata əsasən, mötəbər yarışda DİN Daxili Qoşunlarının zabiti, kapitan Aydın Həşimov çəkisi 75 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, A.Həşimov döyüş sambosu üzrə beynəlxalq dərəcəli idman ustası, Ciu-citsu idman növü üzrə “Birinci dan qara kəmər” sahibidir. O, Kik-citsu idman növü üzrə peşəkarlar arasında “Ən texnikalı idmançı” adına layiq görülüb, həmçinin bu idman növündə keçirilmiş Dünya kuboku yarışının qalibi olub. İki dəfə respublika çempionu adını qazanan A.Həşimov dəfələrlə beynəlxalq yarışlarda, hərbçilər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.

DİN Daxili Qoşunlarının daha bir hərbi qulluqçusu, baş leytenant İlqar Nəcəfli də bu yarışın favoritləri sırasında olub. O, çəkisi 85 kiloqramadək olan idmançılar arasında qarşılaşdığı bütün görüşlərdə rəqiblərinə üstün gələrək növbəti dəfə Avropa çempionu olub.

İ.Nəcəfli də mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edir. O, ikiqat dünya və Avropa çempionu, Avro-Asiya yarışının qalibi, Dünya kubokunun sahibidir.

Onu da bildirək ki, təmsilçilərimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Hikmət Hacıyev hazırlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png