ONN İnformasiya Agentliyi

Ekspert ali məktəblərdə din tədrisinə niyə qarşı çıxdı?

Ekspert ali məktəblərdə din tədrisinə niyə qarşı çıxdı?
30 Aprel 2019 - 10:41

Mən ali məktəblərdə islam dininin tədrisinin əleyhinəyəm. Fikrimcə, daha çox dünyəvi elmlərin tədrisini dərinləşdirmək, artırmaq lazımdır.

ONN media xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev ali məktəblərdə dinin tədrisi ilə bağlı yayılan məlumatlar haqqında danışarkən deyib. O bildirib ki, ölkədə islam dininin təbliği, yayılması üçün heç bir məhdudiyyət yoxdur:

“İstənilən şəxs Quranı alıb oxuya bilər. Ancaq onun ali məktəblərdə tədris olunmasına mən bir təhsil eksperti kimi qarşıyam. Bu tədris ölkəmizdə islamın yayılmasına səbəb ola bilər. Hətta Konstitusiyamızda göstərilir ki, din dövlətdən ayrıdır. Dini təhsilin bütün ali məktəblərdə keçirilməsi yolverilməzdir. Qərb ölkələrində bunun çıxış yolu kimi “Ümumi fəlsəfə” tədris olunur və din fəlsəfəsi də bunun tərkibində keçirilir. Bizdə İlahiyyat İnstitutu var və orda kifayət qədər dini ixtisaslar yaradılıb. Bu isə yeni din xadimləri yetişdirmək üçün kifayət edir”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gələn ildən bütün ali məktəblərdə dinin tədris ediləcəyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png