ONN İnformasiya Agentliyi

Həcc ziyarətinə gedənlər şokda- Nə baş verir?

Həcc ziyarətinə gedənlər şokda- Nə baş verir?
30 Sentyabr 2018 - 12:31

Dünyanın bütün ölkələrindən Həcc ziyarətinə getmək üçün müraciət edən insanların saxta viza əldə etməməsi üçün cidddi tədbirlər görülüb. Lakin bu hal ilbəil daha çox artır. Bu il saxta kommersiya dəvəti ilə viza alaraq Həccə gedən insanlar arasında 20 nəfər Türkiyə vətəndaşının olduğu aşkarlanıb və onların Səudiyyə Ərəbistanından çıxışına qadağa qoyulub.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin xarici işlər nazirliyi son dövrlərdə artan saxta sənəd hazırlanmasına qarşı ciddi xəbərdarlıq etdiyini bildirib. Mövzu ilə bağlı Türkiyənin məşhur səyahət agentliklərindən birinin açıqlamasında isə vətəndaşlara bu istiqamətdə tabe olmaları gərəkən qaydaların bildirildiyi qeyd edilib.

Bildirilib ki, Həcc ziyarətinə getmək istəyən şəxslər mütləq şəkildə müvafiq sənədlərini fətvanın verildiyi Türkiyə Dəyanət İşləri İdarəsinə təqdim etməlidirlər. Daha sonra isə İdarənin səlahiyyətində olan agentlik tərəfindən təyin edilən istiqamətdə hərəkət edilməlidir. Eyni zamanda bir neçə nəfərin həcc ziyarətinə ödənişsiz qatıla bilməsi üçün püşkatma da təşkil edilir. Püşkatma nəticəsində adı çəkilən şəxslər həccə ödənişsiz getmək haqqı qazanırlar.

Lakin bəzi vətəndaşların kommersiya məqsədilə və ya işçi vizası alaraq həccə getdiyi müəyyən edilib ki,bu, qətiyyən qadağandır. Belə hallar aşkarlandığı zaman, həmin vətəndaşların pasportlarına dərhal Türk və Ərəb dillərində "Həcc ziyarətinə yarasız" möhürü vurulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png