ONN İnformasiya Agentliyi

Polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində…

Polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində…
18 Oktyabr 2018 - 20:49

Polis əməkdaşları xidmətdən kənar vaxtı belə ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə fəallıq göstərirlər.

DİN -dən ONN media -ya verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində soyğunçuluq edən şəxs polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində yaxalanıb.

Belə ki, oktyabrın 17-də axşam saatlarında Nizami RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb.

Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png