ONN İnformasiya Agentliyi

Polislərin ayıq-sayıqlığı sayəsində bir ailə ölümdən xilas edildi

Polislərin ayıq-sayıqlığı sayəsində bir ailə ölümdən xilas edildi
01 Fevral 2019 - 15:34

Hər gün ayrı-ayrı vətəndaşlardan Daxili İşlər Nazirliyinə çoxsaylı təşəkkür məktubları da daxil olur. Son günlər aldığımız məktublardan birini diqqətə çatdırmaq istərdik.

DİN -dən ONN media -ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Sahib Ağayev yazır ki, ŞPİ Post-Patrul Xidmətinin əməkdaşları – polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə onların həyatını xilas ediblər.

H.Z.Tağıyev qəsəbəsində yaşayan S.Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb. Qapını polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma, sən demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar. Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.

Yağınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin Növbətçi Hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər, yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərimizə minnətdarlıqlarını bildirir, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png