ONN İnformasiya Agentliyi

Ramil Usubovdan ciddi kadr dəyşikliyi

Ramil Usubovdan ciddi kadr dəyşikliyi
16 Yanvar 2019 - 20:34
Daxili İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyi baş verib.
ONN media xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə şəhər və rayonda polis rəisləri vəzifələrindən azad olunaraq digər rayonlara təyinat alıblar.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Polis İdarəsinə rəis təyin olunub. Onun yerinə Sumqayıta Nərimanov Polis İdarəsinin rəisi Nəriman İmanov gətirilib.
Gəncənin rəisi Faiq Şabanovun təyinatı ilə bağlı isə hələlik məlumat yoxdur.
Yevlax rayon polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Polis İdarəsinə təyinat alıb.
Məlumatlara görə, paytaxtın digər polis idarələrinin bir neçə rəisinin də yeri dəyişdirilib. Yeni təyinatların bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl də paytaxtın dörd rayonun rəisinin işdən çıxarılmasına dair xəbər yayılmış, lakin sonradan öz təsdiqini tapmamışdı.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png