ONN İnformasiya Agentliyi

Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava

Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava
18 Yanvar 2019 - 16:45

Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklərlə ərəblər arasında kütləvi dava olub.

ONN media Report-a istinadən xəbər verir ki, şəhərdə paltar mağazalarının birində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.

Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib.

Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşaraq öz həmyerlilərini götürüb və geri qayıdıb.

Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıb. Nəticədə, tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var.

Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png