ONN İnformasiya Agentliyi

Ərdoğan Rusiyaya getdi

Ərdoğan Rusiyaya getdi
23 Yanvar 2019 - 14:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib. 

ONN media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Esenboğa aeroportunda onu Ankara valisi Vasip Şahin, Böyükşehir bələdiyyə başçısı Mustafa Tuna və digərləri yola salıb. 

Səfər zamanı Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli, MİT sədri Hakan Fidan, prezidentin sözçüsü İbrahim Kalın və Türkiyə prezidentinin nəqliyyat məsələləri üzrə müavini Fahrettin Altun müşayiət edəcək. 

Bir günlük səfər çrçivəsində Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. 

Bundan başqa, iki ölkə nazirlərinin və digər rəsmi şəxslərin qatıldığı geniş tərkibli görüşün keçirilməsi planlaşdırılır. Görüşlər zamanı Türkiyə-Rusiya münasibətlərinin başda Suriya, regional və beynəlxalq məsələlər daxil olmaqla, bir çox aspektləri müzakirə ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png